Biri varmış, biri yoxmuş. Bir dəfə Günəş bərk yoruldu. Daha yataqdan
qalxmaq istəmədi. Dünyaya qaranlıq çökdü. Yerin sakinləri – adamlar,
heyvanlar, quşlar bir yerə yığışıb məsləhətləşdilər. Çox götür-qoydan
sonra Günəşin yanına qasid göndərməyi qərara aldılar. Dedilər:
– Qoy gedib Günəşə yalvarsın, bəlkə onun sözünə baxıb yataqdan qalxdı.
Günəşin evi sıx meşənin uca dağın axırıncı dənizin arxasında idi. Ora
yalnız quşlar gedib çıxırdı. Yerin sakinləri Tovuzquşunu seçdilər.
Dedilər:
– O, çox gözəldir. Günəş onun sözünü yerə salmaz.
Tovuzquşu yola düşdü. Meşəni keçdi, dağdan aşdı, dənizin üzərindən uçub
Günəşin pəncərəsinə qondu. Onu oyatmağa başladı. Günəş gözünü açmadan
soruşdu:
– Kimsən, nə istəyirsən?
– Mən Tovuzquşuyam. Səni oyatmağa gəlmişəm. Tez çıx işlər çətinə düşüb.
– Kimin işidir, çətinə düşən?
– Lap elə mənim. Qaranlıqda Qarğadan seçilmirəm. Əlvan quyruğumu heç kəs görmür.
Günəş hirsləndi.
– Deməli mən sənin quyruğuna lazımam. Rədd ol, burdan. Bir quyruğa görə bütün dünyanı işıqlandırmaq istəmirəm.
Tovuzquşu əliboş qayıtdı. Sonra Günəşin yanına Bülbülü göndərdilər. Hamı
düşünürdü, onun qəşəng səsi var. Günəşi birtəhər razı salar.
Doğrudan da Günəş Bülbülün nəğməsini eşidəndə həyəcanlandı, köks oturdu, yuxulu-yuxulu dedi:
– Səsin ürəyimi yerindən oynatdı. Nə arzun varsa, söylə, səninçün hər şeyə hazıram.
– Xahiş edirəm, dünyanı işıqlandırın. Qoy gecə qurtarsın.
Günəş maraqla soruşdu:
– Məgər sən gecələr mahnı oxuya bilmirsən?
– Əksinə, mən hər gecə oxuyuram. Bir-iki gün də səhər açılmasa, səsim tutulacaq.
Günəş onun sözündən pərt oldu. Deməli mən yalnız ondan ötəri yerimdən
qalxmalıyam ki, sən dincələsən, boğazın ağrımasın, hə? Bəs, öz
istirahətim necə olsun? Rədd ol, burdan.
Bülbül də kor-peşiman geri qayıtdı.
Bu dəfə Günəşin yanına Tutuquşunu göndərdilər. O, dənizin arxasındakı evə çatar-çatmaz qışqırdı:
– Bəsdir, tənbəllik elədin, oyanmaq vaxtıdır. Çünki mən qaranlıqda yamsıladığım adamların necə hirsləndiyini görmürəm.
Günəş cavab vermədi. Qorxdu ki, Tutuquşu onun özünü də yamsılayar.
Tutuquşu da yerə əliboş qayıtdı. Elə bu vaxt Xoruz xahiş etdi ki, Günəşi
oyatmağa onu göndərsinlər. Yer sakinləri arasında heç kəs ona
inanmırdı. Deyirdilər ki, Xoruz gözəl deyil, sədi kobuddur. Amma ondan
başqa getmək istəyən yox idi. Əlacsız qalıb razılaşdılar. Xoruz uça-uça
dənizin arxasındakı evə gəldi. Günəş şirin yuxuda idi. Xoruz ona
yaxınlaşıb dərindən nəfəs aldı. Öz nəğməsini oxumağa başladı. Günəş
səksənib ayıldı. Az qala yıxılacağdı. Yorğanı üstündən düşdü, bütün
dünya işıqlandı. Günəş gözlərini ovuşdura-ovuşdur qışqırdı:
– Bu kimdir? Menim evimdə nə gəzirsən?
– Quqqulu qu, quqqulu qu, oyan, ay tənbəl, öz vəzifəni bilmirsən?
Günəş gərnəşdi.
– Nə vəzifə?
– Axı sənin vəzifən işıq saçmaq, yeri qızdırmaqdır. Sənsiz yer üzündü
həyat olmaz. Hər yana zülmət çökər. Onda öz həyatın da mənasız keçər.
Günəşin gözləri doldu.
– Mən onsuz da ömrüm boyu əbəs işləmişəm, heç kəs qədrimi bilmir. Mənə
qiymət vermir. Tovuzquşu ancaq quyruğunu xidmət edir, Bülbül öz
nəğmələrinə qulaq asır, Tutuquşu da ağılsızın biridir.
Xoruz onunla razılaşmadı. Dedi:
– Ey, tənbəl Günəş, sən adamları unutmusan. Axı onlar sənsiz yaşaya bilməz
Günəş təəccübləndi.
– Adamlar nəyimə gərəkdir? Guya onlar olmasa, işığım, hərarətim azalacaq.
– Bəs necə? Adamlar olmasa, rəngin solar. Səhər çağı sənin şuaların
şehli otların, sünbüllərin, çəmənlərin üzərinə düşüb bərk vurur,
çoxalır. Bəs, torpağı əkib becərən, yaşıllaşdıran kimdir?
Günəş dedi:
– Əlbəttə adamlar.
– De görək, su götürmək üçün yerdəki quyuları kim qazıb? – Adamlar qazıb. Bundan nə olsun ki?
– Sən məşhur bir məsəli unutmusan. Qulaq as, gör orda nə deyilir? Ayın
əksi göllərə düşür, Ulduzlar sayrışır, hər quyuda Günəşin şəkli
görünür.v Günəş onun sözləri ilə razılaşdı. Xoruz dedi:
– Qadınlar bulaq başında toplaşanda sən onların kuzəsində (bardağ) əks
edirsən. Yaxşı deyiblər, göydə bir Günəş var, yaxşı ev sahibinin isə
kuzəsi bir Günəşdir.
Günəş onunla razılaşdi.
– Nə deyim, bəlkə də sən haqlısan, ancaq yerimdən qalxmağa həvəsim gəlmir.
– Onda rəngin solacaq, sönüb gedəcəksən. Lap kotan kimi. Yadındadır kəndlinin kotanı da işsiz qaldıqından tamam pas atmışdı.
– Elədir, elədir, sən haqlısan.
– İndi gördün, adamlar olmasa, dünyaya zülmət çökər. Sən isə insan əli
ilə düzəldilən hər şeydə bərq vuran minlərlə günəşi görə bilməzsən.v
Günəş fikrə getdi:
– Ay xoruzz, nəğmələrin çox şirindir, ancaq başa düş ki, mən özümçün yaşamaq, dincəlmək istəyirəm.
– E, e, e, tənbəl Günəş, yalnız özü üçün yaşayan hər kəs, başqaları üçün
ölmüş kimidir. Yalnız yaxşı işləyənlər, yaxşı da dincəlir.
Günəş yataqdan qalxdı, var-qüvvəsi ilə yeri işıqlandırdı. O vaxtdan bəri
Xoruz hər səhər gün doğmamış yataqdan qalxıb öz nəğməsini oxuyur. O,
əvvəlcə üzünü Günəşə tutub deyir:
– Quqqulu qu, quqqulu qu, oyan, işə başlamaq vaxtıdır. Sonra o, torpağa
müraciət edir. Oyan, öz şirənlə toxumlara və köklərə qüvvət ver. Xoruz
üçüncü mahnısını adamlar üçüm oxuyur. Yerinizdən qalxın, oyanın, gün
çıxıb, torpaq sizi gözləyir, oyanın.
www.nagillar.com
Biri var imiş, bir yox imiş, Loğman adında bir həkim var
imiş. Bir gün Loğman öz oğlunu da götürüb səyahət üçün başqa bir
padşahın məmləkətinə gedir. Onlar az gedirlər, üz gedirlər, dərə, təpə
düz gedirlər, axırda gəlib böyük bir şəhərə varid olurlar. Bir müddət
Loğman oğlu ilə bu pa-dişahın məmləkətində qalır.
Günlərin bir günündə məmləkətin padşahı bərk naxoşlayır,
yorğan-döşəyə düşür. Şəhərin bütün həkimləri padişahın yanna gəlib onun dərdinə dərman tapa bilmirlər.
Padişahın əmrinə görə məmləkətin hər tərəfinə adam gedir, car çəkir,
həkimlikdən ba-şı çıxan adamları padşahın sarayına dəvət edirlər. Amma
padişahın mərəzi get-gedə şiddətlənib onu əldən salır. Bu gün ölər,
sabah ölər deyə vəzir, vəkil hamısı əllərini padşahdan üzürlər.
Bu səda Loğmanın qulağına çatır. O, dərhal özünü padişahın sarayına
çatdırıb həkimlikdn başı çıxdığını bildirir. Vəzir, vəkil bu xəbərdən
şad olub padişaha xəbər verirlər. Padişah bu xəbəri eşidən kimi, Loğmanı
öz hüzuruna çağırıb deyir:
-Əgər məni bu naxoşluqdan qurtarsan, səni dünya malından qəni edərəm.
Loğman padşahın bədəninə baxıb onun mərəzini tapır.
Padişah mərəzinin nə olduğunu Loğmandan soruşduqda Loğman cavab verib deyir:
-Padişah sağ olsun, sənin bədənində xərcçəng var. Əgər izin versən, müalice edərəm.
Padşah Loğmanın bu sözündən çox şad olub müalicə etməsini xahiş edir.
Loğman deyir:
– Padşah sağ olsun, bu mərəzin dərmanı budur ki, öz oğlunu gözünün qabağında öldürüb onun qanı ilə səni sağaldam.
Padşahın gözünün ağı-qarası bir oğlu var idi. Loğmanın sözünə görə
vəzir, vəkili yanına çağırıb onlara məsləhət edir. Vəzir, vəkil padşaha
məsləhət görürlər ki, Loğmanın dediklərinə razılıq versin.
Padşah Loğmanı çağırtdırıb deyir:
– Necə istəyirsən, elə də et, ancaq məni bu mərəzdən qurtar.
Loğman padşahdan razılıq alandan sonra əmr edir ki, padşahın yatdığı
otağın ortasından bir pərdə çəksinlər. O saat otağın ortasından bir
pərdə çəkirlər. Loğman vəziri çağırıb xəlvətcə ona deyir:
– Padşahdan gizlin mənim yanıma bir qoyun gətirin.
Sonra Loğman tapşırır ki, padşahın gözünün qabağında oğlunu onun yanına
gətirsinlər. Xəl-vətcə bir qoyun gətirirlər. Sonra padşahın oğlunu
atasının gözünün qabağından keçirib Loğmanın yanına ötürürlər. Loğman
pərdənin dalından padşahın oğluna yavaşca deyir:
-Sən qorxma. Mən yalandan deyəcəyəm ki, sən başını belə çevir, əllərini yana sal!
Bu sözləri deyəndən sonra Loğman ucadan oğlanın üstünə qışqırır:
– Başını aşağı əy, əllərini yana sal!
Loğman bu sözləri dedikcə, pərdənin o biri tərəfində padişahın bədəni ağacdakı yarpaq kimi əsməyə başlayır.
Loğman isə bu sözləri deyə-deyə əlindəki bıçağı daşa çəkib, şaq-şaq ilə
itələyəndən sonra qoyunun başını kəsib qanını böyük bir qabın içinə
doldurur. Sonra o, qandan bir cam doldurub pərdənin ucunu qaldırır,
padşahın üstünə atır. Padişah bundan bərk diksinir, ürəyi gedir. Vəzir,
vəkil yığışıb padişahı ayıldırlar. Loğman ikinci dəfə yenə belə edir.
Padişah yenə qəşş edib özün-dən gedir. Bu minval ilə Loğman üçüncü bir
cam qanı qəfildən padişahın üstünə atanda padişah iyrenib qusur. Padişah
bu mərəzden şəfa tapıb yaxşı olur.
Padişah yaxşı olandan sonra, Loğman onun gözünün ağı qarası olan oğlunu
gətirib, əhvalatı ona nağıl eləyir. Padişah oğlunu sağ-salamat görüb
sevinir. Amma Loğmana heç bir şey bağışlamır.
Günlərin bir günü yenə padişah Loğmanı öz yanına çağırıb ondan soruşur:
– Əgər bir başqa adam da mənim kimi xəstələns, onu da sağaldarsanmı?
Loğman deyir:
– Padişah sağ olsun, can-başla hazıram. Padişahın Loğmana acığı tutur, o saat əmr
edir ki, şəhərin kənarında, yerin altında dərin bir zindan hazırlasınlar.
Bir gecə gündüzün içində padşahın əmri ilə dərin bir zindan hazırlanır.
Zindan hazır olan kimi padişahın əmri ilə Loğmanı və oğlunu tutub o
zindana salırlar. Zindanın qapısını padişahın əmri ilə əhənglə
bərkidirlər. Sonra zindanın dörd bir tərəfind arx qazıb su buraxırlar.
Loğman ilə oğlu bir müddət bu zindanda qalırlar.
Ay gəlir, gün keçir, il dolanır, günlərin bir günü İskəndər öz qoşununu
götürüb bu padişahın məmləkətinə gəlir, padşahı taxtan salır. İskəndər
Loğmanın bu şəhərdə olduğunu öyrənir. İskəndərə xəbər verirlər ki,
Loğman tamam qırx ildir ki, padişahın əmrinə görə oğlu ilə zindana
salınıbdır. İskəndər bu xəbəri eşidən kimi dərhal Loğmanın dustaq olduğu
zindanın yerini axtanb tapır.
İskəndərin adamları zindanın içi qaranlıq olduğundan heç kəsi görmürlər.
Bir az zindanın içini axtarandan sonra görürlər ki, burada insan
sümükləri vardır. Onlar elə xəyal edirlər ki, Loğman da öz oğlu da
ölübdür. Onlar sümükləri yığışdırıb İskəndərin yanına gətirirlər.
İskəndər sümükləri görüb deyir:
Zindanın içini bir də yaxşı gəzin.
İskəndərin adamları zindanın içinə girib yenə bir qədər o yan bu yanı
axtarandan sonra görürlər ki, zindanın bir küncündə iki şəxs qoyun
dərisinin üstündə əyləşmişlər. Onları qaranlıq zindandan çıxarır,
İskəndərin yanına gətirirlər,İskəndər baxıb görür ki, Loğmanın
kirpikləri o qeder uzanıbdır ki gözləri və sifəti görsənmir. Dərhal ata
və oğlu hamama göndərir. Orada onlar saçlarını, dırnaqlarını kəsdirib
təmizlənirlər. Köhnə padşahın Loğmana etdiyi zülmün əvəzində İskəndər
ona və oğluna böyük ehtiram, məhəbbət bəsləyib onları yanında saxlayır.
www.nagillar.com
Biri var idi, biri yox idi, bir qurd var idi. Bu qurd mahalda qoyun, keçi qoymurdu, yeyirdi. Amma yenə də ac idi.
Günlərin bir günü şirlə pələng gedirdilər. Az getdilər, çox dayandılar,
çox getdilər, az da-yandılar, qurdun daxmasına çıxdılar. Qapıdan içəri
girəndə gördülər ki qurd böyrü üstə yatıbdı. Pələng ondan soruşdu:
– A qurd qağa, nəcəsən? Qurd dedi:
-Pələng qağa, üç gündü bir şey yemirəm, acam.
Şir dedi:
– Dur, bizimlə gedək, belkə qabağımıza bir şey çıxdı. . –
Qurd dedi:
– Yol getməyə məndə taqət yoxdu.
Pələng dedi:
– İndi ki, belə oldu, sən burda qal, biz gedək. Naharda özümüzü sənə yetirərik.
Şirlə pələng getdilər. Qurd onların getdiyini görən kimi yerindən
qalxdı, o biri qazmaya getdi. O, iki quzu parçalayıb gətirmişdi.
Quzuların ətini qabağına qoyup iylədi, yenə də öz yerinə getdi.
O biri tərəfdən pələng şirdən ayrılıb, qurd qağan üçün ov axtarmağa
başladı. Az getdi, çox getdi, bir çayın qırağına çatdı. Gördü bir
balıqçı çayın qırağında yatıbdı, yanında bir neçə yekə balıq var. Pələng
bir o yana, bir bu yana baxdı, balıqları götürüb qaçdı, özünü qurd
qağasına yetirib dedi:
– Qağa doğrudu, mən də acam, amma baxıb görürəmki, sən acından lap üzülürsən. Al bu ba- lıqları ye. Görək sonrası necə olur.
Qurd dedi:
– Çox sağ ol, pələng qağa, yoxsa lap acrından öləcəkdim. Pələng balıqları ona verib getdi. Qurd öz-özüne dedi:
“Yaxşıca peşə tapdım. Nə əlimi ağa, qaraya vuraram, nə də boz köpəyin üzünü görərəm.
Bu sarsağlar özləri ac qalar, ovladığlarını mənə verərlər”.
Qurd tez ayağa durdu, balıqları aparıb quzu ətlərinin yanına atdı. Özü də dovşanın yanına gedib dedi:
– Dovşan qağa, belə olmaz. Bostanların şirin yemişim yeyirsən, mənə vermirsən?
Dovşan dedi:
– Qurd qağa, bu il bostanlarda sən deyən yaxşı yemiş olmayıb ki, sənə də gətirəm. Məni bağışla.
Qurd dedi:
– Heç zad bilmirəm, gərək mənim payımı gətirəsən.
Qurd buradan bir baş qızılquşun yanına gedib dedi:
– Qağa on gün olar ki, mənə çolpa vermirsən, belə iş olar?
Qızılquş dedi:
– Çolpa yoxdu.
Qurd dedi:
– Bilmirəm, gərək mənə çolpa tapıb gətirəsən, yoxsa balalarını əlindən alacağam.
Bunlar burada qalsın, sənə deyim pələngdən. Pələng yol ilə gedirdi, gördü bir tülkü bir parça sümük gəmirir.
Pələng ondan soruşdu:
– Tülkü baba, nə yeyirsən? Tülkü dedi:
– Görmürsən?
Pələng tülkünün yanında yerə çöküb dedi:
– Tülkü baba bir qurd var, lap qocalıb, özü də acından ölür. Bayaq əlimə bir neçə balıq düş- müşdü, aparıb verdim ona.
Tülkü bərkdən güldü. Pələng ondan soruşdu:
– Niyə gülürsən? Tülkü dedi:
-O qurdda olan quzu ətləri məndə olsa idi, düz bir il yeyib yatardım.
Pələngin ona acığı tutub dedi:
– Yalan deyirsən. Tülkü dedi:
– Gəl mərc çəkişək, gedib yoxlayaq.
Tülkü ilə pələng mərc çəkib yola düşdülər. Yolda şirə rast gəldilər. Şir soruşdu:
– Hara gedirsiniz?
Pələng tülkünün sözlərini ona söylədi. Şir də bunlara qoşuldu. Yolda qızılquşa rast gəldilər. Qı-zılquş qanad sallayıb dedi:
– Tülkü baba, filan yerdə bir qurd var, lap bizi talayıb, çapıb.
Tülkü gülüb yoldaşlarına dedi: -Bubir.
Bir az gedib dovşana rast gəldilər. O da qurddan şikayətə başladı. Tülkü dedi:
-Buiki.
Pələng dedi:
– Tülkü baba, sən doğru deyirmişsən.
Tülkü, pələng, şir, dovşan, bir də qızüquş bir-birinə qoşuldular. Düz
qurdun yanına gəldilər. Qurd bunları görən kimi qarnını qucaqlayıb yerə
oturdu, guya acından lap ölür.
Pələng dedi:
– Qurd qağa necəsən?
Qurd dedi:
– Acından lap ölürəm. Sözünü qurtaran qurd özünü ölülüyə vurdu ki, çıxıb getsinlər. Tülkü tez irəli çıxıb dedi:
– Qağamız dünyada pis güzəran keçirib. Gəlin onu yaxşıca dəfn eləyək.
Tülkü tez bir qəbir qazıb dedi:
– Daha durmayın, gəlin, qurd qağamıza bir az ağlayaq.
Yalandan bir az ağladılar. Qurd gördü ki, xeyr, işlər şuluqdu. Bunların əlindən qaçıb qurtara bil-məyəcək.
Boğazı lap qurudu. Tülkü pələngə dedi:
– Götürün qurd qağamızın cəmdəyini qəbrə qoyaq.
Tez qurdu götürdülər.
Qurd özü-özünə dedi:
“Bayıra çıxanda qaçaram”. Tülkü işi duymuşdu, çox ayıq tərpənirdi. Qurdu
qəbrə qoyan kimi-tülkü üstünü tez torpaqladı, qurd oradaca öldü.
Tülkü dedi:
– İndi qurd qağanızın qazmasını açın.
Tülkü dedi:
-Xainin özünü sağ basdırıb, malını da yeyərlər. Nə istəyirsiniz yeyin.
Qurdun ölüsünü yeyib üstündən su içdilər, sonra dağılıb getdilər.
www.nagillar.com